Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm: heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib
6 Mart 2024 16:02 SiyasətXurşudbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin Parisə gətirilməsi və Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.
Olaylar.az xəbər verir ki, 4 martda heykəl Evian şəhərindən götürüb, 6 martda Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəli götürərkən üzərindəki örtük açılmış və müəyyən olunmuşdur ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31