Mixail Mişustin Bakıda şəhidlərin xatirəsini anıb
6 Mart 2024 12:14 SiyasətÖlkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.
Olaylar.az xəbər verir ki, M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31