6 siyasi təşkilatın YAP-a qoşulması siyasi sistemdə yeni bir yanaşma hesab olunur- ÖZƏL
6 Mart 2024 11:20 Siyasət"Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olan islahatların həyata keçirilməsi də məhz bu məqsədlərə xidmət edib. Hakim partiyanın daxili struktur islahatları və təşkilati məsələlərlə bağlı dəyişiklikləri xüsusi ilə qeyd edilməlidir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Partiyanın Nizamnaməsi, Təftiş Komissiyası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri yenilənib. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib və iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Qurultaydan sonra birinci vitse-prezident Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatı formalaşdırılıb. Partiyanın Qurultayı zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri isə siyasi sistemdə yeni bir yanaşma hesab olunur".