YAP-ın VII qurultayı ölkəmizin tərəqqisinə yeni təkan verdi- ÖZƏL

"Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verdi. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni islahatlar mərhələsinin başlanğıcı oldu". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Sosial islahatlar, idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət, Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.
5 mart 2021-ci il  Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zaman nitqində Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə  xalqın böyük əksəriyyətinin heç nədən çəkinmədən,  böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, gənc Azərbaycan dövlətinin  həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi: "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31