Qərb artıq Paşinyanın iki masada əyləşmək siyasətindən boğaza yığılıb-Züriyə Qarayeva- ÖZƏL

"Hesab edirəm ki, Paşinyanın Qərbə yönəlik istər Avropa İttifaqına üzvlüyüylə bağlı namizədliyin irəli sürülməsi məsələsində, istər Ermənistanın guya KTMT üzvlüyündən çıxacağı ilə bağlı verdiyi proqnozlarda da sadəcə olaraq bütün bu mesajlar görüntü məqsədi daşıyır". 

Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bu mesajların alt qatı və praktiki həyata keçirilməsi hazırki reallıqlar çərçivəsində mümkünsüzdür. Çünki, Paşinyan da, Qərb də, Rusiya da çox yaxşı anlayır ki, Ermənistan hazırda elə bir vəziyyətdədir ki, Rusiyadan istər hərbi, istər siyasi, istər iqtisadi anlamda, istərsə digər infrastruktur məsələlərində və digər mənalarda olan asılılıq elə bir səviyyədədir ki, bu cür vassal asılılığın mövcud olduğu bir vaxtda Ermənistanın nə KTMT-dən çıxması, nə də Qərbə yönəlik birmənalə siyasət yürütməsi mümkün deyil. Bu mesajların verilməsi elə Paşinyanın özünün də dediyi kimi sadəcə olaraq Qərbin Paşinyana bunu vadar etməsi ilə bağlıdır. Qərb artıq Paşinyanın iki masada əyləşmək siyasətindən həm Qərbin əlini sıxması, həm Rusiyanın dedikləri ilə oturması, çətirinin altında gizlənməsi ritorikasından artıq boğaza yığılıb. Ona görə də artıq Paşinyandan bir simasının olmasını tələb edir. Paşinyan isə bu göstərişin qarşılığında həmin yanaşmanı əks etdirəcək mesajlar verməklə kifayətlənir. Çünki, bu mesajların praktikada icra olunması hazırda mümkünsüzdür. Bunu Rusiyada anladığına görə cəza mexanizmlərini heç də kifayət qədər işə salmır. Yəni bu cəza mexanizmlərinin ən azından enerji asılılığın həyata keçirilməsi, Ermənistan iqtisadiyyatının tamamilə çökməsi ilə nəticələnə bilər ki, bunu hazırki İrəvan administrasiyası anladığına görə pərdə arxasında Moskvanın diktələrini həyata keçirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31