Ermənistanın Avropa İttifaqına üzvlüyə namizədliklə bağlı açıqlamaları publikanı aldatmağa yönəlmiş boş bleflərdir-Tural İsmayılov-ÖZƏL

"Əlbəttə ki, bu gün Ermənistanın Fransadan silah alması, Ermənistanən müxtəlif dövlət strukturlarının tam olaraq Qərbə inteqrasiya ilə bağlı ortaya qoyduğu mövqe var". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bu gün Aİ-nin mülki müşahidə missiyasının Ermənistan ərazilərində Rusiya və İran əleyhinə kəşfiyyat fəaliyyəti apardığını da müşahidə edirik. Bu gün Ermənistan tam olaraq öz ərazilərini, öz sərhədlərini Qərbə peşkəş edibdir. Amma erməni mətbuatında yazılan Aİ-nin üzvlüyə namizəd olmaq məsələsi o qədər də asan deyil. Çünki, birincisi, bu gün Ermənistan nə qədər Sorosçular vasitəsilə Qərb düşmənliyini manşet etsə də faktiki olaraq hələ də Ermənistanın Rusiyadan asılılıqları mövcuddur. Hələ mən siyasi-iqtisadi mənada asılılıqları nəzərdə tutmuram. Ermənistan nə qədər KTMT əleyhinə müharibə aparsa da, faktiki olaraq bu gün KTMT-nin üzvlüyünü tərk etməyib. Ermənistan bu gün Avrasiya İqtisadi Birliyini tərk etməyib. Ermənistan ərazilərində rus sərhədçiləri var, Rusiyanın hərbi bazası var. Belə olan təqdirdə, Ermənistanın Aİ-na üzvlüyə namizəd olmaqla bağlı verdiyi açıqlamalar sadəcə publikanı aldatmağa yönəlmiş boş bleflərdir və reallığı əks etdirmir. Digər bir tərəfdən hətta Aİ-ə üzvlüklə bağlı müraciət olsa belə, Aİ heç Gürcüstan və Ukraynanı belə üzvlüyə qəbul etmir. Ona görə də ağlabatan deyil ki, Ermənistanı da üzv etsin. Ola bilər ki, hansısa bir formada Aİ-nin müxtəlif institutları ilə Ermənistan siyasi hakimiyyəti arasında danışıqlar aparılsın. Amma Ermənistanın Aİ-ə üzvlüyünə namizədliyi və yaxud da hansısa bir statusunun ratifikasiya edilməyəcəyini və belə bir formada Aİ-nin topluca bu məsələyə razılıq verəcəyini düşünmürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31