Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq barədə müzakirələr aparılıb

Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində cənab A.Qurbanov Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31