Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın inkişafında mühüm rol oynayır- ÖZƏL
5 Mart 2024 12:03 Siyasət"Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amil olduğunu qeyd edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir: "Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsidir".