Milli Məclisdə yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

Milli Məclisdə Azərbaycan - Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə" qərarda əksini tapıb.

Qərara əsasən, Müşfiq Cəfərov Azərbaycan - Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31