Qərb istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh olmasın-Şəbnəm Həsənova- ÖZƏL
6 Fevral 2024 15:00 Siyasət"Parlamentin spikeri Alen Simonyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və daha bir neçə şəxs özlərini Nikol Paşinyanın əvəzləyicisi kimi təqdim etməyə başlayıb".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"Əgər Ermənistanda hakimiyyət dəyişikliyi olarsa bölgədə və Azərbaycanla münasibətdə vəziyyət necə olacaq?
Böyük siyasət şəxslər üzərindən realizə edilmir. Onlar sadəcə vasitədir. Bu paradiqma o zaman yarıla bilir ki, xalq lider yetişdirə bilsin. Ermənistan isə ən mənfi və ən müsbət halda elə hələ ən yaxın keçmişdə-1991-dən bəri lider yetişdirə bilməyib. Bunu isə deyən yalnız biz və boş ritorika deyil. Görünən kəndə bələdçi lazım deyil. Ermənistanın isə nə kəndi görünür, nə özü görünür, onu xilas etmək sözü verən bələdçiləri isə tamamilə azdırırlar.
Ermənistanın hərəkətləri ilk növbədə həyatda qalmaq, dövlət legitimliyini qorumaq istiqamətindədir. Çünki müharibədən sonra boş xəyalları unutmaq lazım olduğu reallığı və çağırışları da daxil olmaqla Ermənistanın bir dövlət kimi lap əvvəldən xristian "ocağı" tərəfindən layihələndiriliyi gərçəkliyini şillə kimi üzünə Qələbəmizlə yedizdirdik. Bu tarixi layihə çərçivəsində xristian Ermənistanı ona görə yaradılıb ki, uzanan türk qurşağı yarılsın. Beləliklə, Ermənistan bu və bütün sövdələşmələri, kəmərləri qıran həlqədir ki indiki məqamda Qərbin maraqlarını daha gizlətmədən, açıq şəkildə təmsil edir. Prosesləri dini müstəviyə keçirərək din amilini ön səhnəyə gətirmək istəyirlər. Xristian Avropa Cənubi Qafqazda xristianlığın hamisi olan Ermənistanın müdafiə olunması bayrağını əlinə alıb. Qərbdə artan islamafob, türkəfob ritorika da buna sübutdur.
Kollektiv Qərb istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh olmasın. Silahlandırılma da buna xidmət edir. Ermənistan Qərblə, NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirmək istiqamətində addımlar atır. Burada diqqət çəkən məsələlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır. Görünür, onun tamamən parçalanması hədəfdədir. Azərbaycan və Ermənistan arasında müəyyən edilməmiş sərhəd və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin üz-üzə qoyulması məsələsi burada öz sözünü deyir. Ermənistanın KTMT-dən hələ çıxmaması birdirsə, digər tərəfdən keçirilən digər görüş bu amili daha ağlabatan edir. Bu da NATO nümayəndəsi Kolominanın Ermənistanın baş naziri Nikol Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər nazirinin müavini Vaan Kostanyan və müdafiə naziri Suren Papikyanla görüşməsidir. Görüşdə parlamentin spikeri Alen Simonyanın olmaması diqqət çəkən məqamdır. Kolominanın səfəri çox məlumatlı səfər adlandırması, Ermənistanın xarici və müdafiə siyasətində qəbul etdiyi qərarların, həyata keçirmək qərarına gəldikləri dəyişikliyin Qərbi çox ruhlandırdığını bildirməsi hipotetik olaraq Fransanın intensiv şəkildə qızışdırdığı hərbi münaqişə başlayan zaman böhran anının gözlənilməsidir və orkestrın drijoru da ABŞ-dir. Məqsəd sülhə və Zəngəzur dəhlizinə mane olmaqdır. Avropa və Asiya resurslarının bölüşdürülməsi istiqamətində kəskin qərarlar verilir. Mərkəzi Asiya resurslar baxımından olduqca zəngindir. Regionun elitaları Moskva ilə sıx əlaqədədir. Pekin də buradakı irihəcmli iqtisadi layihələrin əsas kreditorudur.
Daxili siyasətə döndükdə fundamental dəyişikliklər bir sıra ölkələrdə müşahidə olunur. Gürcüstanın Baş nazir postunda əvəzlənmə məsələsi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hökumətin istefasını qəbul etməsi hər halda çox mətləblərdən xəbər verir. Bütün bunlar ola biləcək, ehtimal olunan proseslər öncəsi gedişlərdir. Ermənistanda mövcud hakimiyyət Qərb meyillidir. Bu da antirusiya siyasətinin ən alovlu dönəmindədir. Düşünürəm ki, mövcud fiqur qalsa belə, hətta onu özü baxışlı biri əvəz etsə belə heç nə dəyişən deyil. Bəzi məsələlər zaman məsələsidir. Lakin bunun olacağı yox, dəyişəcəyi ağır mərkəzli düşüncəsindəyəm. Azərbaycanın qətiyyətində bir şey dəyişməyəcək. İstənilən xırda, əsası isə yanlış qərar Ermənistanın milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyini itirməsinə gətirib çıxara bilər".