Azərbaycan heç bir dövlətin deyil, öz dövlətinin və xalqının maraqlarına xidmət edən siyasət yürüdür- RƏYLƏR

ABŞ dövlət katibi Ceyms O Brayn bildirib ki, son onilliklərdə Avropaya can atan, lakin dəqiq strategiyası olmayan, özünü "Rusiya və ABŞ arasında" görən ölkələr olub. OBrayn yeni strategiyada Vaşinqtonun hədəfini və şərtini də gizlətməyib: ya ABŞ-ı, ya Rusiyanı seçmək lazımdır. Bəs  siyasilər nə  düşünür?

"ABŞ rəsmisi Ceyms O Brayn müstəqil siyasət yürütməklə onların istəklərinə cavab verməyən ölkələrə qarşı səsləndirdiyi bu cür fikirlər, hesab edirəm ki, onların strategiyası və planlarıdır"   Bu fikirləri  Olaylar.az-a bildirən  siyasi sərhçi Ramiz Alıyev qeyd edib ki,həm Ceyms O Brayn, həm də digər ABŞ rəsmiləri çox yaxşı bilirlər ki, Azərbaycan müstəqil siyasət yürüdür və öz müstəqil siyasətinə görə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir:  "Azərbaycan həm Rusiya, həm də Qərb ölkələri ilə bərabər hüquqlar çərçivəsində münasibətlərini qurub və bu münasibətlər davam edir. Hesab edirəm ki, gələcək illərdə də münasibətlər bu cür davam edəcəkdir. Əlbəttə ki, ABŞ-ni və digər Qərb ölkələrini narahat edən məsələlərdən biri də məhz odur ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir ölkənin təzyiqi ilə nələrisə etmir. Bu isə onlarda qıcıq yaradır. Ona görə də, bu cür bəyanatlar verir.  Azərbaycanda dini, siyasi azadlığın olmaması ilə bağlı qondarma bəyanatlar və Azərbaycana yapışmayan qərarlar verməklə sanki, Azərbaycanı şantaj edirlər. Bu da təbii ki, Azərbaycana təzyiq etmək imkanı olmayan bəyanatlardır. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa etdikdən sonra bu cür şantaj dolu bəyanətları nəinki qəbul etmir, ümumiyyətlə yaxına da buraxmır. Boş bir bəyanat kimi nəzərdə saxlayır və əhəmiyyət vermir. ABŞ rəsmiləri bu cür fikirlər səsləndirəndə daha yaxşı bilməlidirlər ki, Azərbaycan və digər ölkələr ABŞ-nin siyasətinə yaxşı bələddir. ABŞ və Qərb ölkələrinin Ukraynanın başına gətirdikləri oyunu çox yaxşı bilir. Bu gün ABŞ artıq Ukraynaya hərbi yardım göstərməyəcəklərini bildirmiş və hərbi yardım olmayacağı təqdirdə də biz olacaqları təsəvvür edə bilərik. Ukraynanın dövlət başçısı hələ də anlaya bilmir ki, bu müharibə Ukrayna-Rusiya müharibəsi deyil. Burda ABŞ,Qərb və Rusiya müharibəsi gedir. Rusiyaya qarşı olan müəyyən təzyiqlərdir, müharibə adı ilə iqtisadi sanksiyalardır və bu onlar üçün iqtisadi müharibədir. Ukrayna üçün isə hərbi müharibədir. Bu gün Ukraynada insanlar həlak olur, mülki vətəndaşlardan, hərbiçilərdən həlak olanların sayı artır. İtkin düşənlər də həddən artıq çoxdur. Müharibə zamanı da itkin düşən insanlar var və bu çox böyük rəqəmi təşkil edir. Bu insanları qorxudur. Söhbət itkin düşən insanların hara getməsindən gedir. Dünyada 3 böyük gəlir gətirən sahə var ki, onlardan biri silah ticarətidir, digəri narkotikin qeyri-qanuni dövriyyəsi, bir digəri isə insan alveridir. Bunların üçünün də ən münbit satışı müharibə gedən zonada olur. Bu gün Ukraynada minlərlə insanın itkin düşməsi onu göstərir ki, onlar məhz insan alverinin qurbanlarıdır. Görünür, həmin insanlar insan alveri ilə məşğul olan böyük şəbəkələrin qurbanlarına çevriliblər. Müharibə olanda bunu diqqətə almırıq, sadə vətəndaş da bunu düşünmür. Amma bu reallıqdır. Eyni zamanda həmin ərazilərdə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi rahat şəkildə həyata keçirilir və bu da həmin müharibəni təşkil edən, 3-cü tərəf olan ölkələrin münbit şəraitidir. Təbii ki, əsas məsələ silahın satılması məsələsi də çox önəmlidir. Görünür ki, orda insanların həlak olması, şəhərlərin dağıdılması həmin dövlətlərin marağında deyil. Gələcəkdə nələrin olacağı da onlar üçün maraqlı deyil. Artıq bəzi ölkələr Ukraynaya ayırdıqları maliyyə vəsaitini azaltmış, bəziləri isə dayandırmışdır. Bu da onu göstərir ki, ABŞ özünə yeni qurban ölkələr axtarır ki, həmin ölkələr üzərindən Rusiyaya müəyyən təsirlər etsin və təzyiqlər göstərsin. Təbii ki, bu təsir və təzyiqlərin Azərbaycana tətbiqi mümkün deyil. Azərbaycana qonşu olan ölkələrə də arzulamarıq ki, hansısa biri ABŞ-nin yeni qurbanı olsun".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov vurğulayıb ki, Antiazərbaycan mövqedən həvəslə çıxış edən ABŞ və Avropa tərəfdən bir sıra şəxslər var ki, onlardan biri də ABŞ dövlət katibinin Cənubi Qafqaz məsələləri üzrə köməkçisi Ceyms Ochr("39")Brayndı:

"Onun bildirdiyi bu fikrin arxasında həqiqətən də çox ciddi və təhlükəli məqamlar durur. Azərbaycan dövləti, xüsusilə də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə bir istiqamətli siyasət yürüdüb. Bu Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış edən siyasət olub. Bütün platformalarda Azərbaycanın haqlı mövqeyini diqqətə çatdırmağa çalışmışıq. Bütün platformalarda keçmiş münaqişənin həlli istiqamətində beynəlxalq hüququn işləmədiyini, beynəlxalq ictimaiətin bu məsələdə olmasını dilə gətirmişik. Amma bu gün bir sıra dövlətlərə qarşı, xüsusilə də Azərbaycana qarşı fikirlər səsləndirilir. Əslində Ceyms OBrayn "ölkələr" deyərkən, onun nəzərdə tutduğu ölkələrdən biri də Azərbaycandır. Bunun özü özlüyündə göstərir ki, bu fikirlərin arxasında çox qeyri-səmimi məqamlar durur. ABŞ-nin özünün Azərbaycanla bağlı yürütdüyü siyasət bu günə qədər hər birimizə bəllidir. Azərbaycan ABŞ ilə müstəqilliyini bərpa etdikdən sonra bir sıra məsələlərdə əməkdaşlıq edib. Təhlükəsizlik, enerji məsələləri, insan hüquqları azadlıqları, ümumiyyətlə Cənubi Qazqazda baş verən proseslərdə bağlı Azərbaycan və ABŞ arasında münasibətlər olub. Missiya fəaliyyətinin həyata keçirilməsi, məsələn Əfqanıstanda sülhməramlı missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan ABŞ ilə əməkdaşlıq edirdi. ABŞ Əfqanıstandan çıxarkən son ana qədər Azərbaycanlı sülhməramlılar öz missiyalarını layiqincə yerinə yetirdilər. Buna görə ABŞ Azərbaycana təşəkkür də etdi. Bu proseslərin fonunda ABŞ-nin Azərbaycana mövqeyi necə olub? Baxmayaraq ki, keçmiş ATƏT-in Minks qrupunun həmsədr dövləti kimi ABŞ da Fransa, Rusiya kimi keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik mandatını öz üzərinə götürmüşdü, amma bu istiqamətdə biz ABŞ-nin bir real iş ortaya qoyduğunu görmədik, əksinə bu dönəmdə 1990-cı illərin əvvəllərindən başlayaraq "Azadlığa dəstək aktı" adı altında keçmiş SSRİ-nin tərkibindən çıxmış, müstəqilliyini elan etmiş bütün dövlətlərə yardım edilməsinə baxmayaraq, həmin o akta 907 saylı bədnam bir düzəliş etdilər. Yalnız Azərbaycana münasibətdə o dəstəyin qadağan edilməsini gördük. Təxirə salınmasına baxmayaraq həmin 907-ci düzəliş bu günə qədər ləğv edilməyib. Eyni zamanda Azərbaycanın 20% ərazilərini işğal altında saxlayan Ermənistanın dəstəyi ilə orda fəaliyyət göstərən cinayətkar ünsürlər var.  Baxmayaraq ki, ABŞ keçmiş münaqişənin həlli ilə bağlı öhdəlik götürmüşdü və vasitəçiliklə bağlı mandatın sahibi idi, həmin o cinayətkar ünsürlərin Qarabağda terror cinayətlərini törmətmələri ilə paralel olaraq minaları yerləşdirmələrinə baxmayaraq, onlar ABŞ-dan minaların təmizlənməsi ilə bağlı yardım alıblar. Bu qədər absurd, ziddiyətli və təzadlı mövqe sərgiləmək və sonra ayrı-ayrı dövlətlərə, eləcə də Azərbaycana demokratiyadan, sülhdən və bir sıra digər dəyərlərdən mühazirələr keçmək, təbii ki, bu, ABŞ-nin ikili siyasətindən, ədalətsiz və qərəzli mövqeyindən xəbər verir. Təbii ki, bu bizim üçün bir ilk olmayıb. Biz bunun həmişə şahidi olmuşuq, amma artıq reallıqlar dəyişib, vəziyyət tam fərqlidir. Bu gün artıq Azərbaycan Cənubi Qafqazda reallıqları formalaşdıran bir dövlətdir. Azərbaycan artıq keçmiş münaqişənin həllinə nail olub, artıq sülhün əldə edilməsi istiqamətində konkret mövqelər ortaya qoyur. Sülh sazişinin imzalanması istiqamətində bir çox maneələr aradan qaldırılıb. Təbii ki, bu bir sıra dövlətləri, şəxsləri narahat edir və onlardan biri də ABŞ və ABŞ-dən olan bəzi şəxslərdir. Ceyms Ochr("39")Brayn da həmin zümrəyə xidmət edən bir insandır. Bu gün Azərbaycanın gah Amerika, gah da Rusiya istiqamətində siyasət yürütdüyünü dilə gətirən Ceyms Ochr("39")Brayna biz bir müddət bundan öncə başa saldıq ki, antiazərbaycan mövqe sərgiləyib, Azərbaycana istədiyi vaxt əlini-qolunu sallayıb, gəlib-getmək haqqına malik deyil. Təbii ki, biz bu addımı atmaqda onun və onun qəbildən olan insanların diqqətinə çatdırmağa çalışdıq ki, Azərbaycan müstəqil dövlətdir. Nə Rusiyadan, nə dünyanın hansısa bir dövlətindən aslı bir dövlət deyil. Onlar Azərbaycanla Ermənistanı səhv salırlar. Azərbaycan ABŞ kimi müstəqil bir dövlətdir, onunla eyni səviyyədə əməkdaşlıq qurmaq iqtidarındadır. Onlar Cənubi Qafqazda müəyyən gərginlik yaratmaq istəyirlər. Buna görə də, dünyada bu gün Ukrayna müharibəsinə görə imici korlanmış və imicinin korlanmasında ən böyük rollardan birinə sahib olan ABŞ bu gün Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək naminə bütün maraqları qurban verməyə hazır olduğunu göstərir. Hətta Azərbaycanla münasibətlərini və ya Azərbaycanın maraqlarını da bu istiqamətdə qurban verməyə hazır olduğunu göstərir. Ona görə də, düşünürəm ki, bu, əslində ABŞ-nin bəzi şəxslərinin mövqeyidir. Ola bilər bu, dövlətin mövqeyi deyil. Amma hər bir halda bu rəsmi səlahiyyətli bir şəxsin mövqeyidirsə, ya bu dövlət tərəfindən qəbul edilməlidir, ya da təkzib edilib, yanlışın aradan qaldırılması ilə bağlı mövqe ortaya qoyulmalıdır. Hesab edirəm ki, bu absurddur. Azərbaycana münasibətdə bu fikir səsləndirilibsə, Azərbaycan heç bir dövlətin deyil, öz dövlətinin və xalqının maraqlarına xidmət edən siyasət yürüdür. ABŞ-nin Azərbaycanla bağlı və ya ümumilikdə Cənubi Qafqazla bağlı müxtəlif strategiyaları ola bilər. Təbii ki, burda orta dəhliz amilini də unutmaq lazım deyil. Çünki, ABŞ hazırda Rusiya, Ukrayna müharibəsinə görə Rusiyanın  bütün imkanlarının məhdudlaşdırılması və Rusiya enerji resurslarının dünya bazarına çıxarılması ilə bağlı maneələrin ortaya qoyulması, xüsusilə də Avropa bazarına çıxarılması ilə bağlı prosesin qarşısını almaqda israrlılığını göstərir. Bu məsələdə orta dəhliz gündəmə gəlir və onun önəmi artır. Orta dəhlizlə bağlı Azərbaycanın rolu da hər birimizə bəllidir. Və Avropanın bir oxla bir neçə hədəfi vurmaq niyyəti ilə əslində, ABŞ bir tərəfdən Avropanı həm Rusiya karbohidrogen resurslarından, neft və qazından, həm də Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin enerji resurslarından məhrum edib, özündən aslı vəziyyətə salmaq istəyir. Digər tərəfdən bunu demokratiya, insan hüquqları azadlığı ilə əlaqələndirir. Həm də paralel olaraq, burda xristian təəssüfkeşliyi, erməni təəssüfkeşliyi məsələsi ortaya qoyulur. Amma hər bir halda onlar unutmamalıdırlar ki, dünyada müxtəlif strategiyalar, müxtəlif planlar və proqramlar ola bilər. Cənubi Qafqazla bağlı məsələlər Cənubi Qafqazda həll olunur. Cənubi Qafqazla bağlı məsələlərin burda həll olunmadı amilini nəzərə alsaq, hesab edirəm ki, ABŞ və digər bu kimi planlar hazırlayan dövlətlərin planları həmişə puça çıxacaq".

Qiymət  Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31