Əli Əsədov İrakli Qaribaşviliyə başsağlığı verib
4 Avqust 2023 18:31 SiyasətAvqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.
Məktubda, həmçinin, yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31