Prezidentin təhlükəsizliyini təmin edən orqanın yubiley medalı təsis edilib
4 Avqust 2023 16:40 SiyasətAzərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı, "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilib.