Bu cür aqibət sülhə mane olanları, revanşist siyasət yürüdənləri də gözləyir - ÖZƏL

Xocalı soyqırımının törədilməsində yaxından iştirak edən, Meşəlidə dinc insanlarımıza qarşı qətillər həyata keçirən Vaqif Xaçaturyanın bir neçə gün əvvəl sərhədçilərimiz tərəfindən Laçın sərhəd buraxılış məntəqəsində saxlanılması bəzi qərbli "demokratlar"ı narahat etməyə başlayıb. Xaçaturyanın saxlanılmasını insan hüquq və azadlıqlarına zidd olduğunu iddia edənlər əslində bununla separatizmə, terrorçuluğa  dəstək verdiklərini açıq şəkildə ortaya qoyurlar. Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə qərbli "demokratlar"ın bu mənasız cəhdlərini əbəs hesab edir. "OLAYLAR"-ın xəbərinə görə, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Xaçaturyanın saxlanılması bir daha İlahi ədalətdən və Dəmir Yumruğun mühakiməsindən qaçmağın mümkün olmadığını göstərdi:

"Sadəcə hər şeyin öz zamanı var və hər kəs etdiyi bütün əməllərin bədəlini ödəyəcək. Hər kəs əmin olsun ki, Xaçaturyan da cəzasını çəkəcək, digər Xocalı qəddarları da".

Deputat deyib ki, bu cür aqibət sülhə mane olanları, revanşist siyasət yürüdənləri də gözləyir:

"Bizim mövqeyimiz haqq, istəyimiz isə sülh və ədalətin bərpasıdır. İndi ədalət zamanıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31