Separatizm və terrorçuluğu himayə edənlər - ÖZƏL

*Xocalı soyqırımının iştirakçılarından biri olan, Meşəli kəndində azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, onlara işgəncələrin verilməsində iştirak edən Vaqif Xaçaturyanın Laçın sərhəd buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən saxlanılması təəssüf ki, bəzi xarici dairələri narahat etməyə başlayıb. Bəzi ölkələr bu hadisəni nə qədər də qəribə olsa insan hüquq və azadlıqlarının pozulması kimi xarakterizə edirlər. Kökündən yalnış və absurd olan bir yanaşmadır".

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Xaçaturyanın müdafiəsinə qalxmaq əslində terrorçuluq və separatizmi dəstəkləmək deməkdir:

"Biz əvvəl düşünürdük ki, Qarabağda separatizmə dəstək verən ölkə yalnız Rusiyadır. İndi Xaçaturyanın Laçın postunda saxlanmasına bəzi Avropa ölkələrindən olan reaksiya onu deməyə əsas verir ki, qoca qitənin özü də terrorçuluq və separatizmi dəstəkləyir. Əks təqdirdə Xaçaturyanın müdafiəsinə qalxmazdılar".

Arzuman Muradlı bildirib ki, kimin nə deməsindən, hansı mövqeyi ortaya qoymasından asılı olmayaraq Azərbaycan öz mövqeyindən 1 addım da geri çəkilməyəcək və Xaçaturyan kimi digər separatçılar da Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31