Azərbaycan Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır - ÖZƏL

"Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində formalaşıb. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri ölkələrimiz arasında digər sahələrdə də əməkdaşlığın xarakterinə müsbət təsir edən başlıca amildir. Sözsüz ki, Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda önəmli ölkə olmaqla yanaşı, Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında mühüm strateji, əlverişli mövqeyə sahibdir: "Ölkəmiz həmçinin Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır. Məhz bu reallıq kontekstində Prezident İlham Əliyevin vurğuladığı kimi "Bir kəmər, bir yol" layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31