Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir - ÖZƏL

"Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğundur: "Bizim günahsız sıravi ermənilərə qarşı münasibətimiz bütün dünyaya bəllidir. Ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb. Bu günə qədər onlardan heç biri saxlanılmayıb, sorğu-sual edilməyib. Bunu ermənilər də təsdiqləyirlər. Amma Vaqif Xaçaturyanın həbsi üçün ciddi hüquqi əsaslar olub. Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31