Dilimizin hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL

"Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ictimai-siyasi fəal Xəyal Məmmədəliyev deyib ki, l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSRİ  Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi:
"Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin -Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Və nəhayət , 2001-ci ildən başlayaraq avqustun 1-i ölkədə Azərbaycan dili və əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31