Ərdoğan Ceyhun Bayramovla görüşəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək. Olaylar.az report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb. Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.Səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31