Ermənistan buna mane olur - Ceyhun Bayramov
29 İyul 2023 14:16 SiyasətErmənistan Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam şəkildə bərpasına mane olur.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu, xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.
"Azərbaycanın Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə danışıqlara dair ardıcıl çağırışlarına baxmayaraq, Ermənistan insidentlərin təkrarlanmayacağına dair təminat verməkdən imtina etməklə yanaşı, həm də Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam bərpasına mane olur. İnsanların, yüklərin və xidmətlərin fasiləsiz transsərhəd keçidini təmin etmək üçün Azərbaycanın Ermənistana sərhəd və gömrük orqanları vasitəsilə əməkdaşlığa dair ardıcıl çağırışları da cavabsız qalıb", - məktubda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31