"Euronews" telekanalı Şuşa Qlobal Media Forumu ilə bağlı süjet yayımlayıb - VIDEO
28 İyul 2023 22:48 Siyasət"Euronews" telekanalında iyulun 21-dən 23-dək Şuşa şəhərində keçirilən Qlobal Media Forumunun görüntüləri nümayiş olunub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, telekanal tərəfindən hazırlanan süjetdə deyilir:
"Qlobal Media Forumunda iştirak etmək üçün bu ay Azərbaycanın Şuşa şəhərində yüzlərlə nümayəndə toplaşıb. Tədbiri Azərbaycan Prezidenti İlham Əliyev açıb.
Forum iştirakçıları dezinformasiyanı, jurnalistlərin təhlükəsizliyini, ənənəvi və yeni media arasındakı fərqləri, süni intellektin jurnalistikaya təsirini müzakirə ediblər".
Trend həmin süjeti təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31