Mediamızın üzərinə çox böyük yük düşür - ÖZƏL
24 İyul 2023 16:09 SiyasətBu günlərdə Şuşada baş tutan Qlobal Media Forumu bir sıra mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ilə də yadda qaldı. "OLAYLAR"-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə bildirib ki, ölkə başçısı çıxışında təbii olaraq Azərbaycan mediasının mövcud durumu ilə bağlı fikirlərini bölüşdü: "Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir deyən Prezident mediamızdakı sağlamlaşma prosesinin uğurla getdiyini də vurğuladı. Prezident haqlı olaraq bəyan etdi ki, istər müharibə zamanı istərsə də indi, yəni bizə qarşı kampaniyanın hələ də davam etdiyi bir dövrdə media olduqca böyük rol oynayır. Həqiqətən də Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırılmasında mediamızın üzərinə çox böyük yük düşür. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verilməsi vacibdir və hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan fəaliyyət göstərməlidir".