Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq

Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib.

Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizinin artıq başa çatdırıldığını vurğulayan Prezident deyib: "Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31