Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə müstəqilliyimizi əbədi və dönməz etdi - ÖZƏL
24 İyul 2023 11:55 Siyasət"Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun sözlərinə görə, dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi: "Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edib: "Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır". Onun bildirdiyinə görə, Yeni Azərbaycan Partiyası da fəaliyyəti ilə ölkəmizdə Ulu Öndər Heydər əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu təsdiq etdi: "Qüdrətli dövlət naminə üzərinə düşən missiyanı "Biz birlikdə güclüyük!" çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası 750 min üzvü olan böyük gücə çevrilib".