Xocalı soyqırımını törədənlər Azərbaycan xalqı qarşısında cavab verəcəklər - ÖZƏL
22 Fevral 2023 11:26 Siyasət"Azərbaycan xalqı Qarabağ münaqişəsinin ən qanlı faciəsi kimi tarixə düşən Xocalı soyqırımını heç vaxt unutmayacaq və unutdurmayacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirıləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev deyib ki, bu vəhşiliyi törətmiş cinayətkarlar həm Azərbaycan xalqı, həm də bəşəriyyət qarşısında cavab verəcək:
"Azərbaycan dövləti, xüsusən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verib. Milli Məclisin qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib".
Hakim partiya üzvü deyib ki, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl iş aparılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət - Jusctice for Khodjaly" beynəlxlaq kampaniya çərçivəsində dünya bu dəhşətli soyqırımdan xəbərdar olub.