İrandan 13 qurum və 23 şəxsə sanksiya qərarı- ÖZƏL
22 Fevral 2023 11:19 DünyaOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda Böyük Britaniya və Aİ ölkələrində 13 qurum və 23 yüksək rütbəli şəxsə qarşı sanksiya tətbiq edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, sözügedən sanksiya qərarının müvafiq qurumların razılığı əsasında və qarşılıqlılıq prinsipi əsasında qəbul edildiyi, məlumatların yayılması və ölkəyə qarşı sanksiyaların gücləndirilməsinə töhfə vermək kimi səbəblər göstərilib. Xarici İşlər Nazirliyinin açıqlamasında 13 qurum və 23 şəxsə qarşı sanksiyaların viza qadağası, İrana girişinə qadağa və İrandakı aktivlərinin müsadirəsi də daxil olmaqla tətbiq edildiyi bildirilib. Sanksiyaya məruz qalan qurumlar siyahısında "NATO Avropa Müttəfiqləri Ali Komandanlığı (SACEUR), Alman Ordusu Milli Komandanlığı və Ümumi Kosmik Əməliyyatlar Bölməsi, Alman silah şirkəti Maffei Wegmann Kraus" adlı qurum və təşkilatlar yer aldı.