Nədir siz İran yanlısınız?
27 Yanvar 2023 21:18 SiyasətYazıçı-publisist Yunus Oğuz bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı fikir bildirib.
Olaylar.az xəbər verir ki, yazıçı bu barədə öz Facebook hesabında paylaşım edib.
"Bu gün İranda Azərbaycan dövlətinin suveren ərazisinə qəsd edilib, şəhidimiz var. Ancaq bəzi şou tv-lər heç nə olmayıbmış kimi pullarını qazanmaqda davam edirlər. Nədir, siz İran yanlısınız? Azərbaycanda heç nə baş verməyib?" - deyə, o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31