Ekoloji terrorun  qarşısının alınması Azərbaycanın haqq işidir-Yunus Oğuz- ÖZƏL

"Bir Azərbaycan vətəndaşı olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəalların,  QHT təmsilçiləri və media nümayəndələrinin Şuşa-Xankəndi  yolunda keçirdikləri aksiyanı dəstəkləyirəm". Bunu "Olaylar"a Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz deyib. Partiya sədri qeyd edib ki, bizim ekoloqlarımızın Azərbaycan ərazisinə buraxılmaması qəbuledilməzdir: "Gözümüz görə-görə mədənlərdə baş verən qanunsuzluqların, törədilən ekoloji terrorun  qarşısının alınması Azərbaycanın haqq işidir. Təbii ki, Azərbaycanın faydalı qazıntılarının talan edilməsinə biganə münasibətin belə də cavabı olmalı idi. Əraziyə nəzarət edən sülhməramlılar bilməlidirlər ki, vətəndaş cəmiyyətlərinin baş verən qanunsuzluğa etiraz etmək hüququ var. Çünki, faydalı yataqların talan edildiyi  ərazi Azərbaycana məxsusdur. Odur ki, mən belə aksiyaların tərəfindəyəm və bir Azərbaycan vətəndaşı, bis siyasi partiya rəhbəri kimi aksiyanı dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycan qanunlarından irəli gələn tələblər ölkənin bütün ərazisində yerinə yetirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31