Anım günündən gələcəyimizə baxış - ÖZƏL
28 Sentyabr 2022 10:30 Siyasət"Füzuli rayonuna səfər zamanı cənab Prezident İlham Əliyevin söylədikləri fikirlər göstərir ki, 27 sentyabr təkcə müqəddəs şəhidlərimizin xatirəsinin anıldığı gün deyil". Bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, həmin fikirlər həm də mahiyyətinə görə daha geniş olub, bir millət kimi gələcəyə baxışımızı özündə ehtiva edən bir sıra dərslər verir və yol göstərir: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".