Ali Baş Komandan qətiyyəti və güclü ordu Vətən müharibəsində qələbəmizi təmin etdi - ÖZƏL

"Azərbaycana qürur, şərəf, məğrurluq yaşadan şəhidlərimizi böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq. Məhz onların şücaəti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli iradəsi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib ayrıldı".

Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın inamlı qələbə əldə etməsini şərtləndirən başlıca amilərdən biri məhz güclü ordunun mövcudluğu, onun Ali Baş Komandanının qətiyyəti, eyni zamanda xalqın Ali Baş Komandan və Silahlı Qüvvələri ilə birlikdə olması idi: "Məhz sadaladığımız amillər 44 günlük Vətən nüharibəsində inamlı qələbəmizə, tarixi zəfərə yol açdı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu darmadağın etdi, uzun illər işğal altında saxladığı şəhər və rayonlarımızı azadlığa qovuşdurdu. Təsəvvür edin, hücuma düşmən tərəfi başladığı halda, Azərbaycan Silahlı Qüvvələrinin əks hücum əməliyyatının nəticəsində elə ilk gündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd və Horadiz kəndi, həmçinin Cəbrayıl rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən azad edildi. Həmçinin hərbi əməliyyatların başladığı ilk gün Kəlbəcər rayonunun xüsusi əhəmiyyətə malik Murovdağ zirvəsi erməni işğalından azad olundu".

AVP rəsmisi deyib ki, 44 günlük Vətən müharibəsi  boyunca bir dəfə geri addım atmayan, işğaldan azad etdiyi şəhər və rayonlarımızın yenidən düşmən əlinə keçməməsi üçün bütün qüvvəsini səfərbər edən, canlarından keçən Azərbaycanın mərd oğulları noyabrın 8-də Şuşanı azad etməklə Azərbaycan xalqına sevinc, zəfər bəxş etdilər: "Artıq yurd yerlərimiz, dədə-baba torpaqlarımız öz əzəli sahiblərinin nəzarətindədir, orada geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Görülən işlər və əldə edilən nəticələr isə öz növbəsində Böyük Qayıdışı yaxınlaşdırır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31