Bu gün millətin yenidən diriliş günüdür
27 Sentyabr 2022 12:31 Siyasət"Bu gün sadəcə anım günü deyil ki? Bu millətin yenidən diriliş günüdür! Dirilişimiz qutlu olsun! Şəhid olaraq, yaralanaraq, döyüşərək bu milləti dirildənlər var ya, yaşadığımız hər an üçün onlara şükranlıq borcumuzun oldğunu unutmayaq!" "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Fazil Mistafanın sözlərinə görə, bu gün bizim varlığımızın sinonimi həm də bu dövlətin varlığıdır: "Əsgərindən tutmuş Ali Baş komandanına qədər başını dik tutan bu insanların sənə olan sevgisi heç vaxt tükənməsin VƏTƏN! Bu millətin hərb, siyasət, təhsil, mədəniyyət, hüquq, elm və başqa səngərlərində onu ucaltmaq üçün savaşmış, şəhid olmuş bütün AZƏRBAYCANLILARın ruhi şad olsun!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31