Türkiyə səfirliyi Anım Günü ilə bağlı paylaşım etdi
27 Sentyabr 2022 11:59 SiyasətTürkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım günü münasibətilə "Twitter"də paylaşım edib.
Paylaşımda deyilir:
"27 sentyabr - Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.
Qarabağ Azərbaycandır!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31