Anım günü bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir - ÖZƏL
27 Sentyabr 2022 11:01 Siyasət"27 sentyabr Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili İmamverdi İsmayılovun sözlərinə görə, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə 27 sentyabr 2020-ci ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi və 44 gün ərzidə torpaqlarımız işğaldan azad edildi: "Xalq Liderinin ətrafında sıx birləşdi. Qəhrəmanlıq dastanı yazan rəşadətli Ordumuzun Vətən müharibəsində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Şəhidlərimizin ruhunu ehtiramla yad edir, Allahdan rəhmət diləyir, ailələrinə səbr arzulayıram! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"