İstanbulda Heydər Əliyev parkında 44 Günlük Vətən Müharidəsi və Şəhidlərimizin anım mərasimi keçirilmişdir - FOTO

Sentyabrın 26-da İstanbulda Ulu Öndər Heydər Əliyevin abidəsinin ucaldığı Kireçburnu Heydər Əliyev parkında Azərbaycan İstanbul Baş Konsulluğunun  təşəbbüsüylə 44 Günlük Vətən Müharibəsi və Şəhidlərimizin anım mərasimi keçirilmişdir. Mərasim Azərbaycan və Türkiyə himnlərinin səslənməsiylə başlanmışdır.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açılış nitqində Azərbaycan İstanbul Baş Konsulu Nərminə Mustafayeva vətənimizin istiqlal uğrunda apardığı mübarizə və ordumuzun şücaətindən Müzəffər Ali Baş Komandan prezident İlham Əliyevin uğurlu siyasətindən və hərbi quruculuq sahəsindəki müvəffəqiyyətlərimizdən danışıb. Sonra Şəhidlərimizin Əziz xatirəsi mərasim iştirakçıları tərəfindən havaya ağ şarlar buraxılaraq yad edilib. MərasimdəTürkiyə Xarici İşlər Nazirliyinin Dairə Başçısı Zeynep Kaleli, Sarıyer Bələdiyyə Başçısının müavini Hüseyin Coşkun, İstanbulda akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər. 

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31