Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirakdan imtina edib
26 Sentyabr 2022 20:24 SiyasətErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.
Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimlərinin sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31