Hikmət Hacıyev ABŞ Dövlət katibinin köməkçisi ilə görüşüb - FOTO
26 Sentyabr 2022 19:57 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid olə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.
H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31