Avropa İttifaqı Ermənistana siyasi dəstək verməyəcək - ÖZƏL
26 Sentyabr 2022 10:59 Siyasət"Ermənistanın ötən gün növbəti dəfə atəşkəsi pozması və üç hərbiçimizin yaralanması göstərir ki, bu ölkə danışıqlarda real nəticələrdən çəkinir. Əlevrişli mühit gözləyərək, hücum etməyi planlaşdırır. Amma, baş verənlər Ermənistanın əleyhinə işləyir". "Olaylar"ın məlumatına görə, MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan sülh danışıqlarından yayındıqca Avropa İttifaqı bu ölkəyə siyasi dəstək verməyəcək: "Brüsselin formatı çərçivəsində dörd danışıqlar raundu olmuşdu. Faktiki rəsmi Yerevan bu formatdan imtina edib. Ermənistan tərəfi faktiki olaraq növbəti təxribatlara əl atması planlaşdırır. Qeyd edim ki, Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları başlamalı idi. N. Paşinyan bu danışıqlardan da imtina edib".