Paşinyan BMT-də sülhdə maraqlı olmadığını elan etdi - ÖZƏL

"ABŞ prezidenti C. Bayden Ermənistanın müstəqilliyi günü münasibəti ilə N. Paşinyana təbrik məktubunda "Dağlıq Qarabağ xalqı" və Azərbaycanı Ermənistana hücum etməkdə iddiham etməsi, həmçinin Minsk qrupunun fəaliyyətinə ehyam vurması, sərhəddə son hərbi eskalasiya fonunda Vaşinqtonun prosesləri qızışdırmaq siyasətidir. N. Paşinyan bu kimi siyasi "dəstəkdən" istifadə edib, Azərbaycana qarşı yeni silahlı təxribatlara əl atır. Vaşinqton Ermənistana bununla silah və lojistik yardım etməyəcək. Amma, siyasi mövqeyini ortaya qoymaqla Ermənistanı Rusiyanın orbitində uzaqlaşdirmaga çalışır. Məhz buna görə də Ermənistana siyasi dəstək xətti götürülüb. Ağ Evin bu siyasəti Ermənistan daxilində siyasi böhrana yol açacaq və ölkə daxilində toqquşmaların baş verməsi ilə nəticələnə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasinin sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Qeyd edib ki, artıq Rusiya bağlı müxalifət toparlanıb, N. Paşinyanın anti-Rusiya siyasətinə qarşı cavab hazırlanır: "Eçmiədzində Ermənistanın Baş keşişi 2-ci Qareginin vasitəçiliyi ilə Rusiya yönümlü eks-prezidentlər bir araya gəlir. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi proseslərin qarşısını almaqdır. Məhz Eçmiədzinin də bu prosesdə olması N. Paşinyana qarşı kilsənin və Rusiya yönümlü siyasilərin bir araya gələrək N. Paşinyana qarşı yeni cəbhənin açılması ilə nəticələnəcək. Qeyd edim ki, N. Paşinyan BMT tribunasından çıxış edərək bir daha qeyri-obyektiv mövqe sərgilədi. Çıxışında Azərbaycanla sülh müqaviləsinin bağlanmasını və ərazi bütövlüyü ilə bağlı qeydlər etsə də, həmçinin Qarabağla bağlı " müqəddarat" kəlməsini işlətməsə də yekun sülh müqaviləsinin bağlanmasında bu tezisləri ortaya atır. 10 noyabr Birgə Bəyannamənin maddələrini təhrif edərək beynəlxalq ictimaiyyəti çaşdırır. Ona görə də N. Paşinyan çıxışı ilə əməldə praktiki addımları ziddiyyət təşkil edir. Baş verənlər N. Paşinyanın səhv siyasetinin məntiqi nəticəsidir. Qeyd edim ki, N. Paşinyan "Zəngəzur" dəhlizinin açılmayacağını elan etsə də, Azərbaycanın qoşunlarının guya Ermənistan ərazisində olduğunu vurğulasa da, bunun hərbi həll yolu olmadığını E. Blinken onun nəzərinə çatdırıdı. Ümumiyyətlə, Ermənistan siyasi burulğana düşüb və Azərbaycana qarşı növbəti silahlı təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Amma, bunun Ermənistan üçün mənfi təzahürləri olacaq. N. Paşinyan dilemma qarşısındadır. Ya, sülh müqaviləsinə imza atıb Azərbaycanla münasibətləri normallaşdırıb, regionda iqtisadi inteqrasiyada iştirak edəcək. Ya da daha məğlub olub, öz hakimiyyətini itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31