352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib - Nazir
23 Sentyabr 2022 13:30 SiyasətSon 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib. "Olaylar" xəbər verir ki, bunu nazir Sahil Babayev mediaya müsahibəsində bildirib. Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır. Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31