Ermənistan Azərbaycana qarşı "qanlı taktika"dan istifadə edir - ÖZƏL

"Belə görünür ki, Ermənistan Azərbaycanla sərhəd dəqiqləşdirməsi və nişanlamasıyla müzakirələrində özünə məxsus "qanlı taktika"dan istifadə edir. Əvvəl sərhəddə təxribat edir, bundan sonra Azərbaycan Ordusu da erməni ordusuna ağır zərbə vurub sərhəd dəqiqləşdirməsi edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Siyasi elmlər fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, bir müddət sonra Azərbaycan ilə Ermənistan arasında müzakirə ediləcək sərhəd dəqiqləşdirməsi və nişanlaması problemi qalmayacaq: "Çox təəsüf ki, Ermənistanin bu təxribatlarında əsgərlərimizi itiririk.Kaş ki, bundan sonra şəhid ve yaralı vermədən geri qalan prosesi tamamlayaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31