Jalə Əhmədova sərhəddəki erməni təxribatı barədə estoniyalı həmkarını məlumatlandırıb

Milli Məclisin deputatı Jalə Əhmədova Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterlə onlayn formatda görüş keçirib. "OLAYLAR" xəbər verir ki, görüşdə 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatlar və itkilərimiz barədə Estoniya tərəfinə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərində genişmiqyaslı tikinti və bərpa işləri aparan Azərbaycanın Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyini,  Ermənistanın isə bunun tam əksi olaraq özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurduğunu qeyd edən Jalə Əhmədova Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq Sven Sesterə dərin təşəkkürünü bildirib.

Sven Sester də öz növbəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb. O, şəhidlərimiz ilə bağlı Azərbaycan xalqına başsağlığını çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31