27 Sentyabr 50 milyon azərbaycanlını birləşdirən dəyərdir- ÖZƏL

"27 Sentyabr hər bir azərbaycanlı üçün həm qürur günüdür həm də, bizim böyük qələbəmiz uğrunda canlarını fədaa edən şəhidlərimizin anım günüdür. Bu gün bizi birləşdirən və tariximiz, bu günümüz, gələcəyimiz haqqında düşünməyə vadar edən tarixdir".

Bu sözləri Olaylara açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. 

"27 Sentyabrdan başlayan zəfər yolu Azərbaycan xalqını Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdirdi. Tarixdə misli görülməyən həmrəylik nümayiş etdirildi. Həmin həmrəylik bu gün də davam etməkdədir. Cüzi istisnalar olmaq şərtilə, ölkəmizin ərazi bütövlüyü və milli maraqlarımızla bağlı olan məsələlərdə hər hansı bir fikir ayrılığı yoxdur. Bu mövqe, bu prinsip özünü 44 günlük müharibədə də müharibənin ilk günlərindən etibarən biruzə verdi. Bu baxımdan 27 Sentyabr tarixi- şəhidlərimizin anım günü bizim üçün həm də mənəvi dəyərdir. Dünyada yaşayan 50 milyon azərbaycanlını birləşdirən tarixdir. Zaman keçdikcə bu günün dəyəri daha da artacaq. Şəhidlərimizin ruhu Azərbaycan xalqının, dövlətinin inkişafından şad olacaq. Onları ehtiramla anırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31