Beynəlxalq təşkilatlar artıq siyasi riyakarlığı bir kənara qoymalıdırlar - ÖZƏL

"Ermənistan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqustda Brüsseldə keçirilən görüşdə əldə olunan razılığı digər anlaşmalar kimi sabotaj edir və üzərinə düşən öhdəlikləri yerinə yetirmir". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib. Onun sözlərinə görə,  həmin görüşdə razılaşma əldə edilmişdi ki, 1 ay müddətində xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və sülh müqaviləsinin mətninin hazırlanması həyata keçirilsin: "Eyni zamanda növbəti üçtərəfli görüşün noyabr ayında keçirilməsi planlaşdırılmlışdı. Ancaq göründüyü kimi Ermənistan sərhəddə təxribatlar həyata keçirməklə əldə edilmiş razılaşmaya əngəl oldu. İndi də erməni terror təşkilatları tərəfindən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə hücumlar təşkil edilməklə vəziyyəti daha da gərginləşdirməyə, bununla da sülh prosesinə əngəl olmağa çalışırlar". Millət vəkili hesab edir ki, bu bir daha Ermənistanın terror dövləti olduğunun əyani sübutudur: "Düşünürəm ki, beynəlxalq təşkilatlar artıq siyasi riyakarlığı bir kənara qoyub erməni terror təşkilatları, Ermənistanın həyata keçirdiyi bu siyasətə qarşı öz kəskin münasibətlərini bildirməli, onun qarşısı qətiyyətlə alınmalı, təsirli və ciddi tədbirlər görülməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31