Paşinyan Ermənistanı pulsuz silahlandırmağa nail olmaq istəyir - ÖZƏL

"Ermənistanın ABŞ və Fransadan HİMARS raket qurğuları istəməsi ilə bağlı söhbətlər dolaşmaqdadır". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Bildirib ki, hazırda Paşinyan hakimiyyəti Zelenskinin taktikasını seçərək Ermənistanın da Ukrayna kimi pulsiz şəkildə silahlandırılmasına nail olmaq istəyir: "Amma, İrəvan Ukraynadan fərqli olaraq NATO və ABŞ- ın əsas rəqibi Rusiya ilə müharibə aparmadığından Qərbin həmin silahları Ermənistana verilməsi bölgədə yeni müharibə ocağı yaratmaq təşəbbüsü kimi başa düşüləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31