Erməni terroru Avropada tuğyan edir

Qərb erməni terroruna qucaq açıb

Rəşadətli Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Bu arada qeyd edək ki, Ermənistan ordusunda nizamsızlıq hökm sürməkdə davam edir. Heç bir təchizatı olmayan, ərzaq və silah təminatından əziyyət çəkən ordu Azəbaycana qarşı döyüşməkdən imtina edir. Lakin ağır məğlubiyyətə, ciddi insan və hərbi texnika itgisinə baxmayaraq ermənilər baş verənlərdən dərs götrmək əvəzinə açıq-aşkar terror kompaniyasına əl atıblar. Avropa ölkələrində Azərbaycan səfirliklərinə qarşı edilən hücumlar dediklərimizi  bir daha təsdiq etmiş olur. Prezident İlham Əliyev Laçın şəhərində çıxışı zamanı qeyd edib ki, son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi: "Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq".

Qətiyyətlə demək olar ki, Ermənistan artıq teror aktlarını Avropaya idxal edib. Belə ki,  bir necə gün öncə 12-13 sentyabr hadisələrinə etiraz olaraq ABŞ-dakı erməni lobbisinin nümayəndələri Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər. Elə həmin gün ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər. Məlumata görə, bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib. Əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edib. Ardınca, Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Məsələ orasındadır ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar.

Baş Prokurorluqdan bildirilib ki, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədi ilə "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bu arada Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov xəbərdarlıq edib ki, erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır. Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır. Səfir həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb. Bir daha xatırladaq ki, terrorçuluq fəaliyyəti ilə özünə "dövlət" quran ermənilər bu gün də ənənəvi missiyalarını həyata keçirməkdədirlər. Hazırda müasir dünyada mövcud olan münaqişələrin özəyində erməni terrorunun olduğu heç kimə sirr deyil. Mövcud faktlar terorizmin Ermənistanın dövlət siyasətinə çevrildiyini təsdiq edir. Ən dəhşətlisi isə odur ki, dünyanın güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin Ermənistanın terror fəaliyyətinə göz yumması təcavüzkar dövlətin daha da azğınlaşmasına səbəb olur. Qeyd edək ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror aksiyaları miqyasına və hədəfinə görə xüsusilə fərqlənir. "Azərbaycanlı olduğuna görə məhv edilməlidir" siyasəti Ermənistanı neçə-neçə genosid aktı törətməyə sövq edib. Elə İkinci Qarabağ müharibəsində ermənilərin Gəncədə dinc əhalini raket atəşinə tutması, ardınca müharibə zonasına heç bir aidiyyatı olmayan Bərdəni hədəfə alması dediklərimizə bariz nümunədir. Məlumat üçün qeyd edək ki, Ermənistan tərəfində Bərdəyə atılan ballestik raketlərlə 30-a yaxın insanımızın həyatına son qoyub. Təkcə oktyabrın 28-də mənfur düşmənin Bərdəyə atdığı raket 21 nəfərin ölmünə, 70-ə yaxın mülki vətəndaşın yaralanması ilə nəticələnib. Terorçuluq erməni xalqının qanına o dərəcədə hopub ki, bu gün çıxılmaz bir vəziyyətə düşdükləri halda belə onlar öz çirkin əməllərindən əl çəkmirlər. Erməni vandallarının terror çinayətlərinə isə dünya icimaiyyəti, beynəlxalq təşkilatlar hələ də göz yumur. Hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi insanlıq dramı, müharibə cinayətləri vəhşilik, barbarlıq və terror aktları davam edir. Dünya birliyi artıq hərəkətə keçməli, beynəlxalq hüquq normalarını pozan Ermənistan hökümətinin cinayətkar əməllərinə hüquqi qiymət verilməli, onları məsuliyətə cəlb etməli, erməni vəhşiliyinə son qoyulmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31