Paşinyan sülh müqaviləsinə imza atmayacaq, lakin Zəngəzur dəhlizi açılacaq - ÖZƏL
22 Sentyabr 2022 12:14 Siyasət"Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində Brüssel formatının uğurlu olacağı gözlənilmir. Çünki, Ermənistan Baş naziri Nikol Paşinyan yekun sülh müqaviləsinə imza atmaq istəmir. Həmçinin Qarabağda etnik ermənilərə status məsələsindən geri addım atması real görünmür. N.Paşinyan iki il ərzində Azərbaycanla apardığı danışıqları manipulyasiya edib. Aparılan danışıqların məntiqi nəticəsi bunu deməyə əsas verir". Bunu "Olaylar"a deyən MCP sədrinin muavini, siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan cəmiyyəti və Rusiya N. Paşinyanı Azərbaycanla sülh müqaviləsi bağladığına görə cəzalandıra bilər. Ona görə də N.Paşinyan sülh müqviləsi üzrə danışıqlarda əlavə şərtlər irəli sürür. Bundan sonra, N. Paşinyanla bu sülh danışıqıqları real görünmür. Əgər, sülh müqaviləsi hazır olarsa, N.Paşinyan özü deyil, komandasından bir nəfəri önə çıxarıb, ona imzanı atdıra bilər. Onun üçün mütləq şəkildə N.Paşinyan hüquqi baza yaratmalıdır:
"Ermənistana danışıqlarla deyil, növbəti hərbi güc tətbiqi ilə sülh müqviləsinə gedər. Diplomatik danışıqlarda bu ölkənin sülh müqviləsinə gedəcəyi gözlənilmir. Regionda geosiyasi şərtlər dəyişir. Ermənistanın yeni reallıqlarla barışmaq istəmir. Bunun üçün Ermənistana yeni hərbi zərbələr istisna deyil. ABŞ Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdır. Amma, erməni lobbisinin təsiri ilə buna getmir. Qeyd edim ki, bundan sonra Ermənistanla aparılacaq danışıqlar səmərə verməyəcək. Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirəcək və Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərə start verəcək. Bundan sonra Yerevan müəyyən dərəcədə sülh sənədinə imza atamaqda maraqlı görünsün. Qarabağda separtaçılara gəldikdə isə, üç ildən sonra Rusiya sülhməramlı qüvvələri çıxacaq və Azərbaycan Xankəndiyə nəzarəti bərpa edəcək. Prezident İlham Əliyevin iki strateji planı var. Birinci beynəlxalq layihə olan "Zəngəzur" dəhliznin açılması və Xankəndində separatizmə son qoyuub, burada nəzarəti bərpa etməsi. Hər iki istiqamətində irəlləyişlərə nail olması mümkündür. Əlverişli geosiyasi mühit Azərbaycanın leyhinə dəyişir".