AŞ PA-nın komitə iclası öz işinə start verib - ÖZƏL

AŞPA-nın Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclası öz işinə başlayıb."Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyev məlumat verib. Bildirib ki, iclasda əmək münasibətlərinin yenidən nəzərdən keçirilməsi, uşaq əməyinin aradan qaldırılması, ictimai səhiyyədə vəziyyət, sağlamlığın qorunmasına vahid yanaşma, Avropa Şurasının iqlim böhranına qarşı dənizlər və okeanlar strategiyalarına doğru, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə strategiyaları, uşaqlarda asılılıq yaradan davranışların qarşısının alınması və digər məsələlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31