Rusların bu ölkəyə girişi tamamilə qadağan edildi

"Finlandiya Rusiya vətəndaşlarının öz ərazisinə giriş hüququ ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmək üzrədir".

Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto Nyu-Yorkda iştirak etdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə  görə, Rusiya Federasiyası vətəndaşı olan turistlərin heç nə olmamış kimi istirahətə getməsinin heç bir mənəvi-etik əsası yoxdur.

"Finlandiya Şengen vizası olan Rusiya vətəndaşları üçün tranzit ölkə olmaq fikrində deyil", - deyə nazir Xaavisto vurğulayıb.

Unikal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31