“Sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur” - Deputat

Millət vəkili  Elman Nəsirov "Sosial şəbəkələr haqqında" qanun layihəsinin hazırlanmasını təklif edib. "Olaylar"ın məlumatına görə, millət vəkili  bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib. Deputat bildirib ki, sosial şəbəkədə insanları təhqir edib böhtan atırlar: "Bu da onu deməyə əsas verir ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Bütün bunları nəzərə alaraq "Sosial şəbəkələr haqqında" qanun layihəsinin hazırlanmasına başlamalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31