İnsan alverinə qarşı mübarizəyədə yeni mexanizm

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "İnsan alverinə qarşı mübarizə haqqında" qanun müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, müzakirələrdə sözügedən qanuna təklif olunan dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçiriləcək. İşçi Qrupun tərkibi, təşkili, və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31